AZ

“Haaqa məhkəməsi İsrail rəhbərliyinin həbsinə order vermək istəyir”- NETANYAHU

“Hazırda Haaqa məhkəməsi İsrail hökumətinin yüksək rütbəli üzvlərinin və ordu komandanlığının hərbi cinayətkar kimi həbsinə order verilməsi imkanını nəzərdən keçirir”.

Azpost.info xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.

“Beynəlxalq Cinayət Məhkəməsi kimi beynəlxalq təşkilatlar yəhudi xalqının Holokostundan sonra yaranıb. Onlar bu cür dəhşətlərin, gələcək soyqırımların qarşısını almaq üçün yaradılıblar. Lakin indi Beynəlxalq Məhkəmə İsraili həbsxanaya salmağa çalışır. Özü də biz soyqırımçılara, terrorçulara, yeganə yəhudi dövlətini məhv etməyə çalışan İran kimi rejimlərə qarşı özümüzü müdafiə edərkən”, – Baş nazir bildirib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
azpost.info

1Mənbələr