AZ

Məşhur cizgi filmi "Scooby-Doo" teleseriala çevrilir

"Warner Bros" televiziyasının istehsalı olan serial bir saatlıq dram olacaq.
 
Bakıvaxtı.az
"USA Today"a istinadən bildirir ki, 1990-cı və 2000-ci illərin məşhur cizgi filmi olan "Scooby-Doo"ya əsaslanaraq serialın çəkilişləri planlaşdırılır. Lakin serialla bağlı dəqiq süjet təfərrüatları hələlik ictimaiyyətə açıqlanmayıb.

Serial Josh Appelbaum və Scott Rosenberg tərəfindən yazılacaq.

Serialın "Netflix"də yayımlanması nəzərdə tutulsa da, hələlik "Netflix" və "WBTV" nümayəndələri şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, 2002-ci ildə nümayiş etdirilən "Scooby-Doo" filmi və onun davamı olan "Scooby-Doo: Monsters Unleashed" izləyicilər tərəfindən maarqla qarşılanıb və böyük  uğur qazanıb. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
14
Mənbələr
Şərh ()
Bağla