AZ

Pomidor-xiyar bu tarixdən sonra UCUZLAŞACAQ - Açıqlama

Pomidor-xiyar bu tarixdən sonra UCUZLAŞACAQ - Açıqlama

Bazarlarda pomidor və xiyarın qiymətinə ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda iki manatdan ucuz xiyar üç manatdan aşağı pomidor tapmaq mümkün deyil. Niyə pomidor və xiyarın qiyməti hələ də enmə müşahidə edilmir,

Məsələ ilə bağlı iqtisadçı Emin Qəribli Sonxeber.az-a açıqlama verib.

İqtisadçı bildirib ki, pomidor və xiyarın qiymətində ucuzlaşma may və iyun ayında başlayacaq:

"Bazarlarda pomidor və xiyarın qiymətinə ucuzlaşma may iyun ayında başlayacaq. Mövsüm hələ yeni başlayır. Qiymətlərə bu il baş verən yağışlar təsir göstərə bilər. Amma ümumi olaraq deyə bilərik ki, qiymətlərin enişini biz may ayından müşahidə edə bilərik.
investorlar azaldıqca qiymət çoxala bilər. Amma bu sahə elə sahədir ki, artıq Azərbaycanda ixtisaslaşıb. Xarici bazara olan təlabatda bu qiymətlərə təsir göstərə bilər. Amma o qədər də təsir edəcəyini düşünmürəm Bildiyiniz kimi biz məhsulu daha çox Rusiya bazarına göndəririk. Rusiya bazarına məhsul göndərən şirkətlər artıq öz planını hesablayıb. Buna görə də bu hal ölkədə bazar qiymətlərinə təsir göstərməyəcək. May ayında biz qiymətlərdə enişi görəcəyik"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
sonxeber.az

1Mənbələr