AZ

Evdar qadınların estetik əməliyyat etdirməsinə qarşı çıxan Xatuna Mətanətdən REAKSİYA

Müğənni Xatun Əliyevanın evdar xanımların plastik əməliyyatla gözəlləşməyinə qarşı çıxması birmənalı qarşılanmayıb.

Sənətçinin “Efir insanları, əgər ehtiyac varsa, estetik etsinlər, amma evdar xanımlar yox. Hamı Cennifer Lopez kimi görünə bilməz. Onlar bunu etdikcə çox süni olublar, danışıqlarını da itiriblər. Siz adi qadın olun, həyat yoldaşınıza uyğun” fikri narazılığa səbəb olub.

Yenicag.az xəbər verir ki, tanınmış aparıcı Mətanət Əliverdiyeva onun bu fikrinə qarşı çıxıb. Aparıcı nəinki üzdə olan xanımların, hər bir qadının estetik əməliyyat etdirmək haqqına malik olduğunu bildirib:

“Niyə evdar xanımlar estetik əməliyyat etdirməsinlər ki?.. Mən bu fikirlə qətiyyən razı deyiləm, yanlış bir fikirdir. Kim məndən inciyir, incisin, amma bu fikir düzgün deyil. Hər kəs gözəl görünmək istəyir. Evdar xanım da həyat yoldaşı, oğlu, qızı, elə özü üçün gözəl görünmək istəyir. Estetik əməliyyat insanın özü və özgüvəni üçündür”.

Cəvahir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
yenicag.az

1Mənbələr