AZ

Ankara-Afina xəttində müsbət atmosferinTİCARƏTƏ TƏSİRİ

Türkiyə-Yunanıstan arasında münasibətlərdəki müsbət dinamika ticarət sektorunda da nəzərə çarpır.

Bu barədə “İki sahil” "CNN"ə istinadla xəbər verir.

Yunanıstanın “ProtoThema” yazıb: “"Türkiyə-Yunanıstan münasibətlərindəki müsbət proses hər sahədə olduğu kimi ticarətə də əməkdaşlıq və bahar atmosferi gətirdi..."

Xəbərdə prezident Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-də Afinaya səfəri zamanı iki ölkə liderlərinin qarşıya qoyduğu 10 milyard dollarlıq ticarət həcmi hədəfi xatırladılıb.

Qeyd olunub ki, bu iki ölkə arasında ticari əlaqələri daha da sürətlənməsinə və hədəfə daha tez yaxınlaşmağa kömək edib.

Xəbərdə həmçinin Türk şirkətlərinin Yunanıstanda yüzlərlə filial açdığı vurğulanıb: "Türk şirkətləri Yunanıstanda enerjidən pərakəndə satışa, daşınmaz əmlakdan turizmə, balıqçılıqdan sənayeyə qədər hər sahədə var".

Yunanıstan Türkiyədən məhsul alan ölkələr arasında 10-cu yerdədir. Yunanıstan məhsulları idxal edən ölkələr arasında Türkiyə beşinci yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
ikisahil.az

1Mənbələr