AZ

İranlı nazir: Dünya xalqlarının fərqliliklərini qəbul etmək sülh şəraitində yaşamağımız üçün çox vacibdir

Bugünkü tədbir mədəniyyətlərarası dialoqun gücləndirilməsinə xidmət edir. Bizim dünya xalqlarının fərqliliklərini qəbul etməyimiz sülh şəraitində yaşamağımız üçün çox vacibdir.

“İki sahil” xəbər verir ki, bunu İranın mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmaili mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan Nazirlərin 5-ci görüşündə deyib.

O qeyd edib ki, beynəlxalq təşkilatların rolu sülh və əmin-amanlığın qorunmasında vacibdir: "Burada BMT və digər beynəlxalq təşkilatlar dünyada vacib məsələlərin həlləri ilə məşğul olmalıdırlar. Bütün ölkələrin məsuliyyətidir ki, Qəzzadakı vəziyyətə biganə qalmasınlar".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
ikisahil.az

1Mənbələr