AZ

"Kəlbəcərdə həmişə belə qəzalar olub" - Dilqəm Əsgərov

Kəlbəcərdə növbəti dəfə ölümlə nəticələnən qəza baş verib. Belə ki, rayonun Qamışlı kəndi ərazisində yük maşını aşıb və sürücü həlak olub. Əgər xatırlayırsınızsa, aprelin 12-də də Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparmışdı.

Bəs, orada tez-tez bu cür qəzaların baş verməsinə səbəb nədir?

Bakupost.az -ın sualını keçmiş döyüşçü, Kəlbəcər sakini Dilqəm Əsgərov cavablandırıb. Onun sözlərinə görə, digər rayonlardan gələn sürücülər Kəlbəcərin relyefinə bələd olmadıqlarına görə bu cür qəzalar baş verir:

“Kəlbəcərdə bir kilometr düz yol yoxdur. Yolların hamısında sərt döngələr var. Tərtər çayının qırağıyla Kəlbəcərə gedən yolun sağ tərəfi hündür dağlar və qayalardır. Orda arxlar və dərələr var. Həmin dağların zirvəsinə yağış yağanda o dərələrlə sel gəlib yolu basır. Aran sürücüləri də bunu bilmədiyi üçün həmin yolda qəzaya düşürlər. Tarix boyu Kəlbəcərdə belə qəzalar olub. O vaxt Qarabağdan, Bərdədən, Yevlaxdan Kəlbəcərə gələn maşınlar gündüz dağa çıxırdı, amma axşam dağdan enəndə sürücü axtarırdılar. Bu səbəbdən Kəlbəcər ərazisində maşın sürmək çətindir. Gərək sürücülər diqqətli olsunlar. Bu yollarda avtomobil idarə etmək üçün sürücülərdən təcrübə tələb olunur”.



Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
bakupost.az

2Mənbələr