AZ

Azərbaycan Dövlət Simli Kvartetinin konserti keçirilib - VİDEO - FOTO

Ölkəmizin musiqi tarixində, ansambl ifaçılığında xüsusi önəmi olan Azərbaycan Dövlət Simli Kvartetinin M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində "Kamera musiqisi axşamı" adlı konserti keçirilib. Tamaşaçıların da diqqət etdiyi məqam, ifaçı tərkibinin yenilənməsi ilə bağlı idi. Yarandığı gündən bü günədək sıralarından çoxsaylı ifaçılar keçən Kvartetin hər üzvü maraqlı dəst-xətti ilə daim seçilmişdir. Proqramda Azərbaycan Dövlət Simli kvartetinin ifasında J.Haydn və R.Schumannın 1 saylı Simli kvartetləri səslənən gecədə repertuar dəyişkənliyi də maraqla qarşılandı. Belə ki, kvartetin qarşıdan gələn konsertlərdə daha geniş və fərqli repertuar sərgiləyəcəyi gözlənilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir.

Simli kvartetin tərkibi Respublika və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı (I violin), Azərbaycan Respublikasının Əməkdar artistləri Soltan Məmmədova (II violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) kimi dəyərli ifaçılardan ibarətdir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
2
milli.az

3Mənbələr