Bakı. Trend:
İsrail ordusu ötən gecə Livanın cənubunda "Hizbullah"ınmövqelərinə zərbələr endirib.
Trend xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, vurulan hədəflər arasında "Hizbullah"ın ərazidəkihərbi qurğuları, infrastruktur və müşahidə məntəqələri olub.
Xatırladaq ki, aprelin 23-də İsrail ordusunun Livanın cənubunaendirilən raket zərbəsi nəticəsində "Hizbullah" hərəkatının havahücumundan müdafiə qüvvələrinin strukturunda mühüm mövqe tutanHüseyn Əli Azkul öldürülüb.
Həmçinin qeyd edək ki, İsrail ordusu aprelin 27-də Livanıncənubuna aviazərbələr endirib. Zərbələr nəticəsində "Hizbullah"hərəkatının aparıcı şəxslərindən hesab edilən şeyx Fərəcullah Hammu"Səcid" qətlə yetirilib.