AZ

Ukrayna 2022-ci ildə İstanbulda Rusiya ilə razılaşmalı idi -Mask

Amerikalı iş adamı İlon Mask hesab edir ki, 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda Ukrayna Rusiya ilə razılaşmalı idi.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

Mask milyarder David Saksın X sosial şəbəkə hesabında etdiyi paylaşımın altına Mask “Bəli” yazıb. Həmin paylaşımda qeyd edilir ki, Ukrayna 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda Rusiya ilə razılığa gəlməli idi. Bununla da münaqişəyə son qoyula bilərdi.

Bundan əvvəl amerikalı sahibkar İlon Mask Ukraynanın NATO-da olması ideyasını nüvə apokalipsisi ilə müqayisə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
ikisahil.az

1Mənbələr