AZ

“Final” çay Xankəndi – Bakı ultra marafonunu dəstəkləyib – FOTO

Ölkəmizdə təşkil edilən müxtəlif layihələrdə yaxından iştirak edən “Final” çay markası bu dəfə Xankəndi–Bakı ultra marafonunu dəstəkləyib.


Gənclər və İdman Nazirliyi,Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan “Qürurla irəli!” şüarı ilə keçirilən marafonda tədbir iştirakçıları və qonaqlar klassik dada malik olan “Final” çaya qonaq ediliblər.

Xankəndidən start verilən marafon iştirakçıları ümumilikdə 380km məsafə qət edərək, Yevlaxa, sonra isə Ucar, Hacıqabul, Qobustan Bakı mərhələlərini keçərək, martın 4-də Bakıya çatacaqlar. Marafonçular arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri də var.

Qeyd edək ki, 30 ildir yüksək keyfiyyəti və nəfis dadı ilə klassikaya çevrilmiş “Final” çay markası ənənəsinə sadiq qalaraq sosial layihələri gələcəkdə də davam etdirəcək.“Qarabağ” futbol klubunun əsas dəstəkçilərindəmğn olan adıçəkilən marka bir müddət öncə komandanın azarkeşləri üçün marş təqdim etmişdi.

 

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
yenicag.az

1Mənbələr