Kəlbəcərin Qamışlı kəndi ərazisində “Volvo” markalı yük maşını aşıb.
“Report” xəbər verir ki, nəticədə Türkiyə vətəndaşı, 1989-cu il təvəllüdlü Uysal Emrah aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır
Qeyd edək ki, dünyasını dəyişən şəxs Kəlbəcərdə görülən yenidənqurma işlərində çalışırmış. Hadisə zamanı avtomobildə başqa şəxs olmayıb.