AZ

Gecə saatlarında DƏHŞƏTLİ XƏBƏR: Azərbaycanda güclü partlayış: ölən var

Sumqayıt şəhərində baş verən partlayışda xəsarət alan şəxs xəstəxanada ölüb.

32gun.az xəbər verir ki, hadisə saat 08:10 radələrində Corat qəsəbəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü Tasim Hafız oğlu Dadaşov yaşadığı mənzilin vanna otağında peçi yandırmaq istəyərkən qaz sızmasından yaranmış güclü alov nəticəsində hər iki əllərin, ayaqların, başın, gövdənin, boynun və sağrı nahiyəsindən aldığı yanıq xəsarətləri ilə bağlı, Bakı şəhəri, Nərimanov Tibb mərkəzinin yanıq şöbəsinə yerləşdirilib və saat 19:50 radələrində xəstəxananın yanıq şöbəsində vəfat edib.

Ölən şəxsin əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
255
6
Mənbələr
Şərh ()
Bağla