AZ

Sənaye şəhərlərində infrastruktur layihələrinin icrasında qabaqcıl texnologiyalar tətbiq edilir - Muxtar Babayev

Bakı. Trend:

Azərbaycanda sənaye şəhərlərində infrastruktur layihələrininicrasında qabaqcıl texnologiyalar tətbiq edilir, iri sənayemüəssisələrdə modernləşdirmə işləri aparılır.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlərnaziri Muxtar Babayev Bakıda keçirilən VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyədavamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusundapanel müzakirələri zaman deyib.

O qeyd edib ki, nəqliyyat sektorundan emissiyaların azaldılmasıüçün ölkənin avtomobil parkının yenilənməsi və ekoloji cəhətdəntəmiz avtomobillərdən istifadənin genişləndirilməsi istiqamətindətədbirlər görülür.

“Elektrik və hibrid mühərriki ilə çalışan avtomobillər üçüngüzəştlər, nəqliyyat vasitələrinin idxalına istehsal tarixindənasılı olaraq differensial yanaşma tətbiq edilir”, - deyə o əlavəedib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
az.trend.az

2Mənbələr