AZ

Kiyevdə Qaqarinin və Qorkinin abidələri söküləcək

Ukrayna hakimiyyəti sovet kosmonavtı Yuri Qaqarinin, yazıçı Maksim Qorkinin, həmçinin “Görüş yerini dəyişmək olmaz” filminin baş qəhrəmanları Qleb Jeqlov və Vladimir Şarapovun abidələrini sökməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın UNN portalı məlumat yayıb.

Ümumilikdə, Kiyev Şəhər Şurası sökülməsi üçün siyahıya 50-dən çox şəhər abidəsini əlavə edib.

Ukrayna Mədəniyyət Nazirliyinin məlumatına görə, son bir ildə ölkədə 9,8 min coğrafi ad dəyişdirilib, Rusiya ilə bağlı 145 abidə sökülüb. Ölkədə sovet mirasına qarşı mübarizə 2015-ci ildə dekommunizasiya haqqında qanunun qəbulundan sonra başlayıb.

Bundan əvvəl Ukrayna paytaxtı meriyasının mədəni irsin mühafizəsi departamenti “Xalqlar Dostluğu” tağının sökülməsinə qarşı çıxıb. Bu abidə Ukrayna Mədəniyyət Nazirliyi tərəfindən milli abidələr reyestrindən çıxarılmışdı.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
13
Mənbələr
Şərh ()
Bağla