AZ

Elm və Təhsil Nazirliyindən bu şirkətlərə 3,1 milyonluq - SİFARİŞ

Elm və Təhsil Nazirliyi 5 tenderə yekun vurub.

Dövlət qurumu mühafizə xidməti alır - DETALLAR

FED.az xəbər verir ki, tenderləri 2 şirkət “Edumedia-Azərbaycan” MMC və “Bakı” nəşriyyatı udub.

Hər 2 şirkətlə toplamda tenderlər üzrə 3 134 900 manat məbləğində müqavilələr imzalanıb.

Daha detallı qalib şirkətlər, satınalma predmeti və məbləğ haqqında aşağıdakı cədvəldə:

Satınalma predmeti

Qalib şirkət

Məbləğ

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “Edumedia-Azərbaycan” MMC arasında “Yeni dərslik və metodik vəsaitlərin hazırlanması” predmeti üzrə malların satın alınmasına dair bir mənbədən satınalma müqaviləsi bağlanılmışdır.

“Edumedia-Azərbaycan” MMC

1 720 000 AZN

“Peşə təhsili üzrə dərsliklərin hazırlanması”

“Edumedia-Azərbaycan” MMC

1 060 000 AZN

“Cambridge University Press” nəşriyyatının 5-ci və 6-cı siniflər üçün “Game Changer” adlı ingilis dili dərsliyi və müəllim vəsaitinin qeyri-müstəsna istifadə hüquqlarının alınması”

“Edumedia-Azərbaycan” MMC

610 000 AZN

Yeni dərslik və metodik vəsaitlərin hazırlanması

“Bakı” nəşriyyatı

140 000 AZN

“Bakı” nəşriyyatında hazırlanmış dərslik və metodik vəsaitlərin təkrar nəşr üçün təkmilləşdirilməsi

“Bakı” nəşriyyatı

214 900 AZN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
fed.az

1Mənbələr