AZ

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

“Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk, çünki ölkədə uçot faiz dərəcəsi 7,25%-dir”.

APA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, hazırda pul siyasətimizi yumşalma, neytrallaşdırma istiqamətində planlaşdırırıq.

“Qlobal və xarici iqtisadiyyatda kəskin dəyişmələr olmasa, faiz dəhlizinin parametrlərinin dəyişməsinin saxlanmasını nəzərdə tuturuq”, - deyə Taleh Kazımov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
13
seher.media

10Mənbələr