AZ

Evren Alkaya: "Çempion olmaq istəyirik"

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti görüşü baş tutacaq. 1/4 finalın ikinci görüşündə  "Xəzri" və "Sərhədçi" ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya klubun mətbuat xidmətinə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"Mərhələni keçmək istəyirik. Məşqlərdə etdiyimiz hər şeyi meydanda göstərməyə çalışacağıq. Matça hazırlaşırıq. İki güclü komanda üz-üzə gələcək. Hər iki tərəfin də yaxşı mövsüm keçirdiyini düşünürəm. Rəqibin heyətində zədəli oyunçular olduğu üçün bəzi dəyişikliklərə gedə bilər. Həm hücum planında, həm də müdafiədə buna hazır olmalıyıq. Çempion olmaq istəyirik və buna köklənmişik. Bütün oyunçuların motivasiyası yüksəkdir. Ümid edirəm ki, yaxşı oyunla qələbə qazanacağıq".

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
3
futbolpress.az

5Mənbələr