AZ

Dilarə Əliyeva 24 ildir bu həmkarı ilə küsülüdür

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var” verilişində açıqlaması ilə diqqət çəkib.
Aktrisa, bəzi zarafatları qəbullana bilmədiyini deyib.
 
Aktrisa, bu səbəbdən 24 ildir həmkarını danışdırmadığını etiraf edib:
 
"Mən çox iştaha ilə yemək yeyirəm və heç xoşlamıram ki, kimsə bununla bağlı mənimlə zarafat etsin. Bir gün setdə yemək yeyəndə gördüm ki, bir həmkarım əlini belinə qoyub mənə maraqla baxır. Ürəyimdə dedim ki, inşallah heç bir söz deməz. Bir də gördüm deyir ki, "Ay Dilarə başıvı qaldır, bəlkə doymusan?". Yeməyi qoydum kənara və oradan uzaqlaşdım. Bu olub 2010-cu ildə. Üstündən keçib 24 il, mən hələ də onu danışdırmıram. Amma adını açıqlamayacağam".
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
7news.az

1Mənbələr