AZ

Taksim meydanı bu il də boş qaldı - Foto-Video

Türkiyədə 1 May - Əmək Günü ilə əlaqədar İstanbulun mərkəzi hissələrindən olan Taksim meydanına giriş-çıxış bağlanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul valiliyinin qərarı ilə meydana aparan 40 küçə və keçiddə hərəkət məhdudlaşdırılıb. Taksim meydanının bağlı olmasına baxmayaraq, Beşiktaş Barbarov Bulvarından buraya doğru istiqamət alan 30 aksiyaçı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bir neçə ildir ki, mayın 1-də Əmək Günü ilə bağlı Taksim meydanı bağlanır. Türkiyə Ali Məhkəməsinin meydanın bağlanmasına qarşı qərarı olsa da, dövlət qurumları baş verə biləcək hər hansı bir qarşıdurmanın qarşısını almaq məqsədilə buraya giriş-çıxışı bağlı saxlayır.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
4
qafqazinfo.az

5Mənbələr