AZ

Müdafiə nazirinin daha bir müavini istintaqa cəlb olunur

Müdafiə

Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiya müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovu nazirlikdəki korrupsiya ilə bağlı dindirib.

Reyting.az
xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq “X” sosial şəbəkəsində məlumat paylaşıb.

Qeyd olunur ki, Rusiya müdafiə nazirinin müavini Timur İvanova qarşı aparılan istintaqa nazirin birinci müavini Ruslan Tsalikov da cəlb oluna bilər.

Onu da xatırladaq ki, Tsalikovun müdafiə naziri Sergey Şoyqu ilə uzunmüddətli əlaqələri var. O, Şoyqunun yanında Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyində işləyib, sonra onun ardınca əvvəlcə Moskva vilayətinin qubernatoru postuna, 2012-ci ildə isə Müdafiə Nazirliyinə gətirilib.

Britaniya kəşfiyyat rəsmiləri həmçinin qeyd ediblər ki, İvanovla bağlı aparılan təhqiqata Rusiyanın maliyyə naziri Anton Siluanov da cəlb oluna bilər. Çünki bəzi mənbələr Müdafiə Nazirliyinin tikinti agentliklərinin Siluanov üçün ev tikdiyini iddia edir.

Qeyd edək ki, Rusiya Federasiyası müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
reyting.az

1Mənbələr