AZ

Edin Terziç PSJ-nı dayandırmağın yolunu bilir?

Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının ilk yarımfinal görüşündə PSJ ilə oyundan gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, alman-xorvat mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“PSJ-ni necə dayandırmaq çətin sualdır. Düşünürəm ki, hər bir rəqib Kilian Mbappeni bağlamaq istəyir, amma bu, həmişə alınmır. Biz hər şeyə hazır olmalıyıq. Nə yaxşı ki, biz artıq çox şey yaşamışıq. Çətin rəqibləri məğlub etməklə bu yarımfinala layiq idik. Biz həddi aşmamalıyıq, amma öz qabiliyyətlərimizə arxayın olmalıyıq. Planımız var, iki bərabər oyun olacaq”, deyə Edin Terziç qətiyyətlə vurğulayıb.

Xatırladaq ki, komandalar arasında ilk oyun bu gün, mayın 1-də Dortmundda keçiriləcək. Cavab oyunu isə mayın 7-də Parisdə baş tutacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
arena.az

1Mənbələr