AZ

Alimlərdən “göbələk epidemiyası” ilə bağlı xəbərdarlıq

Alimlər yaxın vaxtlarda gözlənilən ölümcül “göbələk epidemiyası” ilə bağlı xəbərdarlıq ediblər.
Hafta.az ABŞ mediasına istinadla xəbər verir ki, amerikalı bir alim növbəti pandemiyanın göbələk infeksiyasından qaynaqlana biləcəyini bildirib. Birləşmiş Ştatlarda iki nəfərin ölümünə səbəb olan bu infeksiya insanların nəfəs almasını çətinləşdirir və beyində şişə səbəb olur. Göbələk növlərinin daha isti və rütubətli yerlərdə geniş yayıldığını diqqətə çatdıran alim qeyd edib ki, iqlim dəyişikliyi bu epidemiyanı daha da sürətləndirə bilər.
Alimlərin proqnozuna görə, “göbələk epidemiyası” bir neçə il ərzində davam edə bilər. Professor Yan Hennesse bildirib ki, hazırda ən təhlükəli olan “blastomikoz” adlı göbələk növüdür. Bununla yanaşı, iqlim dəyişikliyi – isti havalar və rütubətin artması fonunda histoplazmoz, vadi göbələyi kimi xəstəliklərin də epidemiyaya çevriləcəyi təhlükəsi mövcuddur.
Son məlumatlara görə, ABŞ-da göbələk xəstəlikləri 2018-ci ildəki 4 746-dan 2021-ci ildə 7 199-a çatıb. Ötən il bu rəqəmin daha böyük olduğu ehtimal edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4
hafta.az

5Mənbələr