AZ

Tokayevdən Azərbaycan açıqlaması: “Bu, elə bir hadisədir ki...”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün Bakı və İrəvanın Almatıda danışıqlar aparmağa razılığını alqışlayır.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı Almatı görüşünün sülh prosesinə təkan verəcəyini deyib.

“Qazaxıstan tərəfinin təklifi ilə Azərbaycanla Ermənistanın iki dövlət arasında sülh müqaviləsinin hazırlanmasına dair xarici işlər nazirlərinin danışıqlarının Almatıda aparılması ilə bağlı razılığını alqışlayıram. Bu mühüm hadisənin 1991-ci ilin dekabrında MDB ölkələrinin müstəqil inkişafının əsaslarını təsbit edən və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiq edən tarixi Almatı bəyannaməsinin imzalandığı Almatıda baş tutması simvolikdir”, - Tokayev vurğulayıb.

Qazaxıstan lideri həmçinin qarşıdakı görüşün Azərbaycan-Ermənistan razılaşmalarının praktiki icrası olacağı və Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olmasına töhfə verəcəyi barədə fikirlərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
teleqraf.com

1Mənbələr