AZ

Bakıda dünya dini liderlərinin görüşü keçirilir

Azərbaycanın paytaxtında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin görüşü keçirilir.

Demokrat.az xəbər verir ki, tədbirdə 30-dan çox ölkədən dini lider iştirak edir.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos çıxış edəcəklər.

Bakı görüşü öz işini “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar iclasla davam etdirəcək. Sessiyanın təşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi, BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-dur.

Xatrırladaq ki, mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
8
demokrat.az

9Mənbələr