AZ

Netanyahu və Blinken qapalı görüş keçirir

İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ dövlət katibi Antoni Blinken Qüdsdə qapalı görüş keçirib.

News365.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahu və ABŞ dövlət katibi Antoni Blinken hazırda Qüdsdə baş nazirin ofisində qapalı görüş keçirirlər”.

Qeyd olunur ki, daha sonra ABŞ-nin İsraildəki səfiri Ceykob Lyu və bir sıra yüksək vəzifəli İsrail rəsmilərinin iştirak edəcəyi geniş tərkibdə iclas keçiriləcək.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
news365.az

2Mənbələr