AZ

Tacikistan vətəndaşları Rusiyadan kütləvi şəkildə deportasiya edilir

Dörd gün ərzində təkcə “Vnukovo” hava limanından 643 Tacikistan vətəndaşı deportasiya edilib. Aprelin 26-dan 30-a kimi Tacikistandan Rusiyaya 3101 nəfər uçub.

Azpost.info xəbər verir ki, Tacikistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, daha 117 nəfərin deportasiya edilməsi barədə qərar verilib.

Nazirlikdən verilən məlumata görə, hazırda həmin vətəndaşlar da “Vnukovo” hava limanında müvəqqəti saxlama zonalarında qeyri-insani şəraitdə saxlanılaraq vətənə çatdırılmasını gözləyirlər.

Oxşar vəziyyət “Şeremetyevo”, “Jukovski” və “Domodedovo” hava limanlarında da müşahidə olunur.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
azpost.info

1Mənbələr