AZ

Gürcüstan parlamentində əlbəyaxa dava - VİDEO

Gürcüstan parlamentində “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilən plenar iclası başlamazdan əvvəl müxalifət və hakimiyyət deputatları arasında dava baş verib.

Modern.az xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Məlumata görə, insident müxalifətin xüsusi təyinatlıların “Vahid Milli Hərəkat” Partiyasının rəhbəri Levan Xabeişvilini bir gün əvvəl keçirilən etiraz aksiyası zamanı döyməsinə etiraz edən zaman başlayıb. Bu, təhlükəsizlik qüvvələrinin hərəkətlərini dəstəkləyən hakim “Gürcü arzusu” partiyasının nümayəndələrinin narazılığına səbəb olub. Şifahi mübahisə davaya çevrilib.
 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
34
modern.az

10Mənbələr