AZ

Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ

Yerusəlimdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında qapalı görüş keçirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə xəbəri İsrail KİV-i yayıb.
 
Məlumata görə, görüşdən sonra onların iştirakı ilə İsrail və ABŞ nümayəndə heyətinin genişləndirilmiş tərkibdə iclası olacaq.
 
İclasda İsrail tərəfdən strateji işlər naziri, Baş Qərargahın rəisi, Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə idarəsinin rəisi, baş nazirin fəaliyyətdə olan hərbi katibi və baş nazirin təyin olunmuş hərbi katibi, siyasi məsləhətçi, İsrailin ABŞ-dəki səfiri, Amerika tərəfdən isə ABŞ-nin İsraildəki səfiri, dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi və Yaxın Şərqdə humanitar məsələlər üzrə xüsusi nümayəndə iştirak edəcək.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
8
moderator.az

8Mənbələr