AZ

AMB: Aşağı inflyasiya mühiti inflyasiya gözləntilərinin azalmasını dəstəkləyir

2024-cü ilin mart ayında 12 aylıq inflyasiya 0,4 faiz, 12 aylıq baza inflyasiya isə 1 faiz təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, illik ərzaq deflyasiyası 1,1 faiz, qeyri-ərzaq inflyasiyası 1,1 faiz, xidmətlər inflyasiyası isə 2,2 faiz olub.

Aşağı inflyasiya mühiti inflyasiya gözləntilərinin azalmasını dəstəkləyir. Aparılan sorğuların nəticələrinə görə, I rübdə inflyasiyanın yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı bundan öncəki rüblə müqayisədə 1 faiz bəndi azalıb.

İnflyasiyanın xarici fonu əlverişli olaraq qalır. Qlobal inflyasiya dünya əmtəə qiymətlərinin aşağı düşməsi nəticəsində yavaşlayıb. Dünya Bankının məlumatına əsasən, əmtəə qiymətləri indeksi 2024-cü ilin martında əvvəlki ayla müqayisədə artsa da, illik əsasda 0,3 faiz, o cümlədən qeyri-enerji qiymətləri üzrə 2,4 faiz enib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi martda illik əsasda 7,7 faiz azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19,3 faiz və 2024-cü ilin I rübündə 2,7 faiz) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
3
vergiler.az

10Mənbələr