AZ

Tokayev Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünü dəstəklədi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan və Azərbaycanın Almatıda iki ölkənin xarici işlər nazirlərinin görüşünü keçirməyə hazır olmasını alqışlayır.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti tərəfindən dərc edilmiş bəyanatında deyilir.

“Mən Azərbaycan Respublikası və Ermənistan Respublikasının Qazaxıstan tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında iki dövlət arasında sülh müqaviləsinin hazırlanmasına dair danışıqların aparılmasına dair razılaşmanı alqışlayıram. Bu mühüm hadisənin 1991-ci ilin dekabrında MDB ölkələrinin müstəqil inkişafının əsaslarını qoyan və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiq edən tarixi Alma-Ata Bəyannaməsinin imzalandığı Almatıda baş tutması rəmzidir”, - Tokayev qeyd edib.

O, qarşıdakı görüşün Ermənistan-Azərbaycan sazişlərinin praktiki icrasına xidmət edəcəyinə və Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün tezliklə bərqərar olmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Qazaxıstan Xarici İşlər Nazirliyi daha əvvəl bəyan etmişdi ki, Ermənistan və Azərbaycan Almatıda danışıqlarda iştirakını təsdiqləyib, danışıqların tarixi daha sonra açıqlanacaq.

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
redaktor.az

1Mənbələr