AZ

Avropada qazın qiyməti 6 faiz bahalaşıb

Bakı. Trend:

Avropa bazarında aprel ayında qazın qiyməti təxminən 6 faizbahalaşıb.

Trend xəbər verir ki, hazırda London ICE birjasında min kubmetrqazın qiyməti 324 dollar təşkil edir.

Bahalaşma apreldə havaların soyuq keçməsi və Yaxın Şərqdəgərginliyin artması ilə izah olunur.

Martın 28-də qazın qiyməti min kubmetr üçün 306 dollar olduğuhalda, aprelin 30-da 6 faiz bahalaşaraq 324 dollara yüksəlib.

Qeyd edək ki, Avropada min kubmetr qazın orta qiyməti 2023-cüilin dekabrında təxminən 408 dollar, cari ilin yanvarında 337dollar, fevralda 288 dollar, martda 302 dollar, apreldə isə 320dollar olub. Hazırda Avropa İttifaqının yeraltı qaz anbarlarıtəxminən 62 faiz doludur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
2
az.trend.az

3Mənbələr