AZ

"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"

Aktyor Elcan Rəsulov başına gələn maraqlı hadisədən danışıb.

Milli.Az xəbər verir ki, o, bununla bağlı feysbuk hesabında status yazıb:

"Toydan çıxanda bir xala qabağımı kəsdi ki, sən niyə boşandın? "Gül kimi qız idi. Camaat sizdən örnək götürür, siz də belə", dedi. Dedim mən heç evlənməmişəm axı... Fikrə getdi ki, bəs o kim idi, bu yaxınlarda boşandı? Dünəndən fikirləşirəm ki, görəsən, məni kiminlə səhv salıb?". 

Hüseyn
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
4
milli.az

5Mənbələr