Cari ilin birinci rübündə Azərbaycanda 10 min 894 ton duru bitki yağları istehsal olunub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 min 654 ton və ya 17,9% çoxdur. 2023-cü ilin yanvar mart aylarında Azərbaycanın duru bitki yağları istehsalının miqdarı 9 min 240 ton olub.
Hesabat dövründə ölkə ərazisində istehsal olunan marqarinin miqdarı 11 min 77 ton olub ki, bu da illik müqayisədə 473 ton, yaxud da 4,1% azdır. Ötən ilin birinci rübündə marqarin istehsalının miqdarı 11 min 550 ton olub.
Qeyd edək ki, 2024-cü ilin aprelin 1-i vəziyyətinə hazır məhsul ehtiyatı duru bitki yağları üçün 4 min 883 ton, marqarin üçün 2 min 845 ton təşkil edir.
Əvəz Həsənov