AZ

Prezident bu şəxsləri təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Elm və Təhsil Nazirliyində “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.
Modern.az xəbər verir ki, yubiley medallarını rektorlara elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Təltif olunan rektorlar aşağıdakılardı:

UNEC-in rektoru professor Ədalət Muradov;
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev;
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov;
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova;
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev;
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev;
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla;
Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov;
Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov;
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov;
Aqrar Universitetin rektoru Zəfər Qurbanov;
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli;
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov;
Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov;
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov;
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov;
Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi;
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova;
Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov.

Təqdimat mərasimindən bəzi fotoları təqdim edirik:

 

1343560

1343561

134356213435631343564

1343565

1343566

1343567

1343574

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
3
infoaz.ws

3Mənbələr