AZ

Gürcüstanda aksiyalar zamanı 63 nəfər saxlanıldı

Ötən gün Gürcüstanın paytaxtı Tbilisidə “xarici agentlər qanunu”na qarşı keçirilən etiraz aksiyalarında 63 nəfər saxlanılıb və 6 polis əməkdaşının yaralandığı bildirilib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. Gürcüstanın təhlükəsizlik qüvvələri dünən axşam saatlarında su təzyiqli, gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə etməklə parlament qarşısında etirazçıları dağıtmağa çalışıb. Qeyd edək ki, xarici agent qanunu müxalifət və Qərb ölkələri tərəfindən avtoritar və Rusiyadan ruhlanan qanun kimi qəbul edilir. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
manset.az

1Mənbələr