AZ

Əsrlər boyu Azərbaycanı ən tolerant ölkələrdən biri kimi təqdim etmişik

Kainatı yenidən ixtira etməliyik. Ən mühüm dəyərləri müəyyənləşdirməliyik. Bu forumların əhəmiyyəti böyükdür. Amma biz dialoqda da kənarına çıxıb hədəfimizi müəyyənləşdirib ona doğru irəliləməliyik.

Publika.az xəbər verir ki, bu sözləri Sülh Naminə Əlaqələndiricilər və Qlobal Kompasın təsisçisi, Brazzavildə baş məsləhətçi cənab Jan Kristof Bas Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı plenar sessiyasında çıxışı zamanı deyib.

O təklif edib ki, forumun nəticəsində çoxtərəfli iştirakçılarla birgə qlobal sazişi həyata keçirməklə bağlı ciddi addım atılmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
publika.az

2Mənbələr