AZ

Xırdalandan başqa, hansı ərazilərdə mənzillər UCUZLAŞACAQ? - AÇIQLAMA

Xırdalandan başqa, hansı ərazilərdə mənzillər UCUZLAŞACAQ? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. Elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Bu gün isə ən çox maraqlandıran suallardanbiri Xırdalandan başqa hansı ərazilərdə mənzillərin ucuzlalaşacağıdır.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, yaz-yay aylarında həyat evlərinə və torpaq sahələrinə olan maraq artır. Bu baxımdan evlərini satan adamlar bunu daha çox yaz-yay aylarına saxlayırlar:

"Çünki bu mövsümdə müştəri tələbatı yüksək olur. Qış aylarında həyat evlərinin satışı ağır gedir. Həm də bu sahə üzrə işləyən adamlar var. Belə ki, onlara makler evləri deyirlər. Onlarda digər aylarda tikirlər ki, üzü mövsümə doğru evlər hazır olsun. Təbii ki, əvvəlki illərə nisbətən evlər daha çox satışa çıxıb. Burada müəyyən səbəblər var. Bəzi ərəzilər var ki, oranın tıxacı insanları bezdirib. Orada yaşayan insanlar başqa ərazidə işləyir və günlərinin neçə saatını yollarda itirirlər. Bu baxımdan bir qisim insanlar evlərini buna görə satırlar. Digərləri isə satıb gəlir əldə etmək üçün bu addımı atırlar. Yəni torpaq sahələrində, evlərin qiymətinin enməsi gözlənilmir. Çünki torpaq sahəsi tükənən bir məfhumdur. Tükəndisə bunun yenisi yoxdur. Bina evi elədir ki, onu söküb yerinə başqasını tikmək olar. Amma torpaq sahəsinə tələbat artdıqca onların qiymətində artımlar qaçılmaz olur".

Ekspert hansı halda qiymətlərin enə biləcəyinə aydınıq gətirib. Ekspertin sözlərinə görə, mənzil bazarında qiymət o halda enə bilər ki, alıcı qıtlığı olur:

"Yəni mənzil bazarında müştəri olmur. Qiymətlərin kəskin şəkildə enməsi üçün hansısa qlobal problem baş verməlidir. Müharibə, zəlzələ, subasma kimi hadisələr və ciddi inflyasiya halları müşahidə olunarsa, qiymətlər qısa vaxtda enə bilir. Bu kimi hallar olmadığına görə və təlabat günü-gündən artırdığı üçün artımlar davam edir".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
sonxeber.az

1Mənbələr