AZ

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

“Real”ın təcrübəli yarımmüdafiəçisi Toni Kroos komanda yoldaşlarından danışıb. O, ən yaxşılarla birlikdə oynadığını söyləyib.

Futbolinfo.az xəbər verir ki, alman futbolçu Vinisius Juniorun ən yaxşı sayılması ilə bağlı suala cavab verib: “Vinisius dünyanın ən yaxşısıdırmı? Bilmirəm. Cavab vermək çətindir. Vəziyyət elədir ki, hər həftə, hər ay fikirlər dəyişir. Yaxşı oyunçular çoxdur, Vinisius da onlardan biridir. Məsələn, bir həftə əvvəl hamı Cud Bellingemdən danışırdı. Əsas odur ən yaxşılar bizdə oynayır”.

Xatırladaq ki, Kroos mövsümün sonunda karyerasını bitirmək istəyirdi. Sonradan o, fikrini dəyişib daha bir il oynamağa qərar verdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
futbolinfo.az

1Mənbələr