AZ

Türkiyə turizmdən rekord gəlir əldə etdi -FOTO

Türkiyənin turizm gəliri 2024-cü ilin ilk rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 8 milyard 784 milyon 800 min dollara çatıb.

Ulusal.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı açıqlama yayıb. Təşkilat  2024-cü ilin birinci rübü üzrə turizm statistikasını açıqlayıb.

Yanvar, fevral və mart aylarından ibarət olan birinci rübdə turizm gəlirləri ötən ilin eyni rübünə görə 5,4 faiz artaraq 8 milyard 784 milyon 800 min dollar olub.

Turizm gəlirlərinin 21 faizi xaricdə yaşayan Türkiyə vətəndaşlardan əldə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
moderator.az

3Mənbələr