AZ

Gürcüstan paytaxtında etiraz aksiyaları zamanı 60-dan çox insan saxlanılıb - VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında keçirilən etiraz aksiyasının dağıdılması zamanı 63 nəfər saxlanılıb, altı polis əməkdaşı yaralanıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

“Gürcüstan parlamenti yaxınlığında vəziyyət axşam saat 21 radələrində deputatlar binanı tərk etməyə başladıqları zaman gərginləşdi. Polisin çağırışlarına baxmayaraq, etirazçılar binadan çıxışları bağladılar, polis əməkdaşlarını təhqir edərək üzərilərinə butulka və daşlar atdılar. Bütün gecə boyu etirazçılar polislərə qarşı özlərini aqressiv apardılar, şəhərin infrastrukturuna ziyan vurdular, parlament binası yaxınlığında aksiyanın dağıdılmasından sonra şəhərin sağ və sol sahillərində nəqliyyatın hərəkətini dayandırmağa davam etdilər”, - deyə nazirliyin rəis müavini Aleksandr Daraxvelidze bildirib.

Gürcüstan DİN-in əməkdaşlarına hücumla bağlı cinayət işi açılıb.

Mənbə: “Sputnik” Gürcüstan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
oxu.az

1Mənbələr