AZ

Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.
 
Moderator.az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
 
Bildirilib ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 145-ə çatıb.
 
“Startap” şəhadətnamələri "E-Tibb" MMC-nin onlayn həkim qəbulu üçün mobil platforması, "İmajin Technologies" MMC-nin interaktiv alış-veriş platforması, "Finmarket" MMC-nin kredit təşkilatları üçün onlayn kredit platforması, "Troniq" MMC-nin reklam robotunun istehsalı və satışı, "Yoldash" MMC-nin avtomobil sürücülərini və sərnişinləri birləşdirən onlayn platforması, Xəyalə Nuşirəvanovanın onlayn zəka oyunları platforması layihələri üçün təqdim edilib.
 
Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
24
moderator.az

10Mənbələr