AZ

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Keçən ildən fərqli olaraq, 2024/2025-ci tədris ili üçün Musiqi sənəti istiqamətinin bakalavriat səviyyəsinə keçiriləcək qabiliyyət imtahanlarında abituriyentlər öncə ixtisas imtahanlarında iştirak edəcəklər.

Yenisabah.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, ixtisas imtahanından müsbət qiymət alan abituriyentlər nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanacaqlar.

Orta ixtisas təhsili müəssisələrinin musiqi sənəti istiqaməti üzrə keçiriləcək qabiliyyət imtahanlarında abituriyentlər yalnız ixtisas imtahanı verirlər.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
15
yenisabah.az

10Mənbələr