AZ

Türkiyədə daxili reyslərin qiymətləri artırıldı

Türkiyə rəsmiləri ölkədaxili aviabiletlərin maksimal qiymət səviyyəsini dəyişib. Həmin dəyişikliyə əsasən, bir tərəfə olan biletin qiyməti 3250 lirəyə (100 dollar) yüksəldib.

KONKRET.az xəbər verir ki, daxili uçuşlar üçün qiymət həddi sonuncu dəfə 2023-cü ilin avqustunda yenilənib. Daha sonra ölkə rəhbərliyi bu cür biletlərin qiymətinin bir tərəfə 2500 lirədən (o vaxtkı məzənnə ilə təxminən 92,5 dollar) keçməməsi barədə göstəriş verib.

Türk Hava Yolları artıq tarifləri səlahiyyətlilərin tələblərinə uyğun olaraq tənzimləyib. Xüsusilə, indi İstanbuldan Antalyaya təyyarə biletinin qiyməti ən azı 2500 lirədir. Sərnişinin təyyarədə əl yükünü daşımaq və çəkisi 15 kiloqrama qədər olan baqajı aparmaq imkanı var.

Pegasus aviaşirkəti də eyni şeyi edib. Onun Antalyaya daxili reyslərə biletləri də ən azı 2500 lirəyə başa gəlir.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
konkret.az

1Mənbələr