AZ

Nazir yüksək vəzifəli məmuru vəzifəsindən azad etdi

Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.

Publika.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, idarənin rəis müavini Sübhi Əli oğlu Kazımov işdən çıxarılıb.

Qeyd edək ki, o, 2018-c ilə qədər Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb və həmin ildə Ədliyyə Nazirliyinə təyinat alıb. Uzun müddət Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini icra edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
21
publika.az

10Mənbələr