AZ

Ermənistandan xəbərdarlıq: “Cavabımız sərt olacaq”

Ermənistan ərazisində yayımlanan istənilən xarici veriliş (Rusiya telekanalları nəzərdə tutulur - red.) ölkə və onun xalqına qarşı nifrət yayırsa, təxribat xarakterli hərəkətlər edirsə, Televiziya və Radio Şirkəti tərəfindən sərt cavab alacaq.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin komitə sədri Tiqran Akopyan deyib.

Onun sözlərinə görə, istənilən xarici veriliş və ya proqram Ermənistan dövləti və xalqına qarşı nifrət yayırsa, ölkənin daxili problemləri və işlərinə qarışırsa, suverenliyini şübhə altına alırsa, təxribat xarakterli hərəkətlərə əl atırsa, öz adekvat, sərt cavabını alacaq.

"Bu, bizim komitənin fəaliyyətinin əsas prinsipidir", - Akopyan vurğulayıb.

Xatırladaq ki, artıq Ermənistanda rusiyalı jurnalist Vladimir Solovyovun proqramlarının yayımı dayandırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
2
milli.az

3Mənbələr