AZ

ICESCO-nun Baş direktoru İlham Əliyevə təşəkkür etdi

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki mədəniyyətlərin yaxınlaşması və sülhün möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Publika.az xəbər verir ki, bunu o, mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Onun sözlərinə görə, bu, böyük səy və əmək tələb edir, lakin Azərbaycan öz məqsədlərinə nail ola bilir: “O cümlədən belə genişmiqyaslı forumun təşkili sayəsində”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
3
publika.az

7Mənbələr