AZ

AstraZeneca: COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər

Qlobal biofarmasevtik şirkəti AstraZeneca ilk dəfə etiraf edib ki, onun COVID peyvəndi nadir yan təsirə - trombositopeniya sindromu ilə tromboza səbəb ola bilər.

Herbiand.az bildirir ki, bu barədə “Telegraph” məhkəmə sənədlərinə istinadən yazıb.

Nəşrin izah etdiyi kimi, Oksford Universiteti ilə birgə hazırladığı peyvəndin xəstələrə ciddi zərər vurduğu və hətta ölümlə nəticələndiyi üçün şirkətə qarşı qrup davası açılıb.

“Peyvənd çox nadir hallarda trombositopeniya sindromu ilə tromboza səbəb ola bilər. Bunun səbəbləri məlum deyil”, – qəzet fevralda şirkətin məhkəməyə təqdim etdiyi sənəddən çıxarışı sitat gətirib.

Nəşrin məlumatına görə, London Ali Məhkəməsində 51 iddia qaldırılıb. Zərərçəkənlər və onların yaxınları təqribən 125 milyon dollar məbləğində təzminat tələb edir.

Trombositopeniya sindromu ilə tromboz qan laxtalarının əmələ gəlməsinə və trombositlərin sayının azalmasına səbəb olur.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
4
herbiand.az

3Mənbələr