Fransa həbsxanalarındakı məhbusların sayı rekord qıraraq 77 min nəfəri keçib.
Publika.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) respublikanın Ədliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, aprelin 1-də 77 450 nəfər həbsdə olub ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 4 370 nəfər çoxdur.
Bu, Fransa tarixində ən çox məhbus sayıdır. Bəzi həbsxanalar 200% doludur. Çarpayıların olmaması ucbatından, məhbuslar yerdə yatmalı olurlar.