AZ

Bakıda tələbələr universitetə buraxılmadılar - Qalmaqal yaşandı - VİDEO

Bakı Biznes Universitetində tələbələrin saqqala görə dərsə buraxılmadığı iddia edilir.

Day.Az xəbər verir ki, səhər saatlarında universitetə gələn tələbələrin bəzilərinin dərsdə iştirakına icazə verilməyib.

"Xəzər Xəbər"ə danışan tələbələrin dediklərinə görə, qərar haqqında öncədən məlumat verilsə də, anidən tətbiqi müəyyən çətinlik yaradıb.

Universitetin təlim - tərbiyə işləri üzrə prorektoru Cavidan Heydərovun sözlərinə görə, tələbələrin məhz saqqala görə dərsə buraxılmaması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, tələbələrin məhz saqqala görə dərsə buraxılmaması təhsil müəssisəsinin qaydalarında yer almır.

Eskpertlərin fikrincə, proses təhsil müəsissəsinin daxili qaydları ilə tənzimlənir, lakin bu qaydalar da vətəndaşın hüquqlarına zidd olmayacaq formada tərtib edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
day.az

2Mənbələr